"Çox adam buna inanmır, amma Putin..." - Tramp
ABŞ Prezidenti Donald Tramp bu gün Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparacağını açıqlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, o, bu barədə NATO sammiti çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
ABŞ liderinin sözlərinə görə, Putin Ukraynada müharibənin başa çatmasını istəyir.
"Bu gün Putinlə danışacağam. Çox adam buna inanmır, amma o, müharibəni həqiqətən bitirmək istəyir", - Tramp bildirib.
Tramp əlavə edib ki, son həftələr ərzində Ukrayna müharibəsinin dayandırılması istiqamətində əhəmiyyətli irəliləyiş əldə olunub. O, Vaşinqtonun Rusiyaya təzyiq göstərdiyini də vurğulayıb:
"Biz Putinə təzyiq göstəririk. Baş verənlər onun xoşuna gəlmir".
Tramp bildirib ki, Rusiya ilə Ukrayna arasında sülh sazişi üzərində iş uzun müddətdir davam edir və mümkün razılaşmanın həm üstün, həm də zəif tərəfləri var.
Qeyd edək ki, Donald Tramp və Vladimir Putin arasında son telefon danışığı iyulun 4-də baş tutmuşdu.
Oğuz