Yeməkdən sonra qarında yaranan köp və şişkinliyin 3 ƏSAS SƏBƏBİ
Az miqdarda qida qəbul etdikdən sonra belə qarında köp və şişkinlik yarana bilər.
SAVASHMEDİA.az xəbər verir ki, qastroenteroloq Andrey Simakov bu problemin üç əsas səbəbini açıqlayıb.
Həkimin sözlərinə görə, qarında köpün yaranmasına səbəb olan amillərdən biri aerofagiyadır. Bu, yemək və ya içki qəbul edərkən havanın udulmasıdır. İnsan qidanı sürətlə yedikdə və ya qazlı içkilər qəbul etdikdə hava həzm sisteminə daxil olur. Nəticədə, porsiyanın ölçüsündən asılı olmayaraq qarında şişkinlik yaranır.
Mütəxəssis ikinci səbəb kimi qəbizliyi göstərib. Onun sözlərinə görə, bağırsaqlarda qazların toplanması fonunda yeni qəbul edilən qida qarın boşluğunda qalan yeri tutur. Bu zaman təzyiq artır və şişkinlik hissi daha da güclənir.
Üçüncü səbəb isə çanaq dibi əzələlərinin həddindən artıq gərgin olmasıdır. Həkim bildirib ki, oturaq həyat tərzi keçirən insanlarda bu əzələlər hipertonus vəziyyətində ola bilər. Əzələlər və anal sfinkter kifayət qədər boşalmadıqda qazların xaric edilməsi çətinləşir.
Banu