Pezeşkian işıqları söndürüb qaranlıqda işlədi - Qənaət ÇAĞIRIŞI
İran Prezidenti Məsud Pezeşkianın iş otağında işıqları və istilik sistemini söndürüb və həmin görüntüləri paylaşıb.
SAVASHMEDİA.az xəbər verir ki, Pezeşkian ölkədəki enerji çatışmazlığı fonunda qənaət tədbirlərini nümayiş etdirmək üçün dövlət televiziyasının əməkdaşlarını kabinetinə dəvət edib.
Yayımlanan kadrlarda prezidentin yalnız masaüstü lampanın işığında işlədiyi, otaqdakı böyük çilçırağın və istilik sisteminin söndürüldüyü görünür. O, termometrdə otağın temperaturunun 18,8 dərəcə olduğunu da göstərib.
Pezeşkian bildirib ki, bütün işıqları yandırmadan da işləmək mümkündür. O, vəziyyət daha da çətinləşərsə, əməkdaşları daha kiçik otağa köçürə biləcəyini deyib.
İranda noyabrın 22-dən elektrik enerjisinin növbəli şəkildə kəsilməsinə başlanılıb. Məhdudiyyətlərin bəzi ərazilərdə iki saat davam edəcəyi bildirilir.
Bununla belə, İran Xarici İşlər Nazirliyinin rəsmisi prezidentin nümayiş etdirdiyi şəraitin onun gündəlik iş rejimini əks etdirmədiyini, bunun enerji qənaətinə çağırış xarakterli simvolik addım olduğunu bildirib.
Səlcuq