Gürcü müxalifətinə 100 milyon avrodan çox vəsait vəd etdi
“100 milyon avrodan çox vəsait dondurulacaq və Gürcüstandakı qeyri-hökumət təşkilatlarına yönləndiriləcək”.
SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib.
Aİ xarici işlər nazirlərinin görüşündən öncə Borrell jurnalistlərə bildirib ki, Gürcüstanla bağlı konkret qərarlar qəbul edilməlidir. “Mənim təklifim odur ki, hakimiyyətə gələn proqramların əhəmiyyətli bir hissəsinin dəstəklənməsi dayandırılsın. 100 milyon avrodan çox vəsait dondurulacaq və səlahiyyətli orqanlara göndərilmək əvəzinə, vətəndaş cəmiyyəti təşkilatları tərəfindən istifadə ediləcək.
Yəni biz bu pulu, 100 milyondan çox pulu götürüb ədalətli seçkilər uğrunda mübarizədə göstərdikləri dəstəyə görə vətəndaş cəmiyyəti təşkilatlarına verəcəyik”.
Onun sözlərinə görə, Aİ gürcü xalqına dəstəyini davam etdirəcək: “Gürcüstan hökuməti ilkin yoluna qayıdana qədər birləşmə prosesi dayandırılır və o, ilkin yoluna qayıdandan sonra çox şey dəyişməlidir. Və bu müddət ərzində biz hökumətə göndərilən pulu bu dəfə öz taleyi üçün mübarizə aparan insanlar üçün istifadə edəcəyik”.
Xatirə SADİQ