Nobel Sülh Mükafatı laureatı elan edildi
2024-cü il üzrə Nobel Sülh Mükafatı Xirosima və Naqasaki partlayışlarından sağ çıxanları birləşdirən Yaponiyanın “Nihon Hidankyo” təşkilatına verilib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Norveç Nobel Komitəsi məlumat yayıb.
Stokholmda açıqlanan bəyanata görə, təşkilat bu mükafata nüvə silahlarından azad dünya yaratmaq səylərinə və nüvə silahının bir daha heç vaxt istifadə edilməməsini nümayiş etdirdiyinə görə layiq görülüb.
“Nihon Hidankyo” təşkilatı1956-cı ildə yaradılıb və hazırda Yaponiyanın bütün 47 prefekturasında fəaliyyət göstərir. Təşkilatın əsas məqsədləri arasında nüvə müharibəsinin qarşısının alınması və nüvə silahının tamamilə aradan qaldırılması daxildir.
Xatirə SADİQ