Feodosiyada yeni partlayış oldu – neft bazası 4 gündür yanır
Krımın ən böyük neft anbarı hesab olunan Feodosiyadakı neft bazasında yeni partlayış baş verib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna” telekanalı “Crimean Wind Telegram” kanalına istinadən məlumat yayıb.
Partlayış haqqinda foto və videolar teleqram kanallarında, eləcə də sosial şəbəkələrdə oktyabrın 10-u gecə yayılıb. Təsvirlərdə güclü partlayışla yanaşı, neft bazasında baş verən yanğın da əks olunub.
Videolardan birində yerli əhalinin bazada böyük alov göründüyünü dedikləri eşidilib.
Xatırladaq ki, bu yaxınlarda Ukrayna Silahlı Qüvvələrinin hücumuna məruz qalan Feodosiyadakı neft bazasında dörd gündür yanğın davam edir.
Xatirə SADİQ