Bu tarixdən ABŞ qarşılıqlı tariflər tətbiq edəcək – Donald Tramp
ABŞ prezidenti Donald Tramp aprelin 2-də bir sıra ölkələrə qarşı “qarşılıqlı tariflər”in tətbiqini elan edəcəyini bildirib.
SAVASHMEDİA.az xəbər verir ki, o, bu barədə Konqres qarşısında çıxış edərkən deyib.
“Başqa ölkələr onilliklər ərzində bizə qarşı tariflərdən istifadə ediblər və indi onları başqalarına qarşı tətbiq etməyə başlamaq növbəsi bizimdir. Avropa İttifaqı ölkələri, eləcə də Çin, Braziliya, Hindistan, Meksika, Kanada və saysız-hesabsız digər ölkələr bizdən son dərəcə yüksək tariflər alırlar”, - deyə Tramp iddia edib.
Xatirə SADİQ