Dünyanın ən yaşlı prezidenti yenidən seçildi

Kamerunun 92 yaşlı prezidenti Paul Biya səkkizinci müddətə yenidən seçilib.

Oct 27, 2025 - 16:07
Dünyanın ən yaşlı prezidenti yenidən seçildi

SAVASHMEDİA.az xəbər verir ki, Afrika ölkəsi liderinin 53,66 faiz səs topladığı bildirilir. 

Bu, o deməkdir ki, Biya 99 yaşına qədər hakimiyyətdə qalacaq.

Kamerunun lideri dünyanın ən uzun müddətə hakimiyyətdə olan prezidentidir. 

Biya iyul ayında yenidən prezidentliyə namizəd olmaq qərarını açıqlamışdı.
 
O, sosial şəbəkədə yazıb: "Əmin olun ki, mənim sizə xidmət etmək əzmim üzləşdiyimiz problemlərin şiddəti ilə üst-üstə düşür. Biz birlikdə istənilən maneəni dəf edə bilərik".

Oğuz