“İran və Rusiya bütün dünyada sabitliyi pozur” – ABŞ Dövlət Departamenti

“İran və Rusiya arasında əlaqələrin dərinləşməsi təkcə Yaxın Şərqdə deyil, bütün dünyada sabitliyi pozur”.

Oct 8, 2024 - 11:43
“İran və Rusiya bütün dünyada sabitliyi pozur” – ABŞ Dövlət Departamenti

SAVASHMEDİA.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Miller deyib.

“ABŞ-nin Rusiyanın İranın müttəfiqi kimi Yaxın Şərqdəki müharibədə mümkün iştirakı ilə bağlı narahatlığının olub-olmaması” sualına cavabında Miller bildirib:

“Əlbəttə, biz hesab edirik ki, İran və Rusiya arasında əlaqələrin dərinləşməsi regionda inanılmaz dərəcədə sabitliyi pozur və bu, Yaxın Şərqə də aiddir. Bu, İran və Rusiyanın fəaliyyət göstərdiyi hər şeyə aiddir”.

Xatirə SADİQ