Usamə Bin Ladenin oğlu Fransadan qovuldu – Terrorizmi vəsf edirmiş
Terrorçu Usamə Bin Ladenin böyük oğlu Ömər Bin Laden 2023-cü ildə sosial media səhifələrində terroru tərifləyən şərhlər yerləşdirdikdən sonra Fransa ərazisindən qovulub.
SAVASHMEDİA.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransanın yeni daxili işlər naziri Bruno Retayo bildirib.
Məlum olub ki, Bruno Retayo oktyabrın 8-də Ömər Bin Laden üçün “inzibati giriş qadağası” elan edib. “Orn departamentin prefekti OQTF (Fransa ərazisini tərk etmək öhdəliyi) verdi və Bin Ladenin çıxarılmasına nail oldu”, - deyə nazir əlavə edib.
O, bildirib ki, Ömər Bin Laden 2021-ci ildən “Britaniya vətəndaşının əri kimi” Ornda yaşayırdı, 2023-cü ildə isə terroru tərifləyən şərhlərlə çıxış edib.
Xatirə SADİQ