Kanadanın baş nazirindən Trampa atmaca
“Siz bizim ölkəmizi ala bilməzsiniz, bizim oyunumuzu da ala bilməzsiniz”.
SAVASHMEDİA.az xəbəbr verir ki, bunu Kanadanın baş naziri Castin Trüdo ABŞ-Kanada xokkey komandalarının qarşılaşmasından sonra Tramp komandasına eyham vuraraq yazıb.
Baş nazir 4 Millət Turnirinin ABŞ və Kanada komandaları arasında keçirilən final oyununu “Maple Leafs” azarkeşləri ilə birlikdə pabda izləyib.
Kanada xokkeyçiləri finalda 3:2 hesabı ilə amerikalılara qalib gəliblər.
Trüdo özünün “Facebook” səhifəsində Kanada komandasının cənub qonşusunun millisi üzərində qələbəsini qeyd edən videonu paylaşıb.
Qeyd edək ki, Kanada, ABŞ, İsveç və Finlandiya komandalarının iştirak etdiyi 4 Millət Turniri ilk dəfə keçirilib.
Xatırladaq ki, Donald Tramp Kanadanı Amerikanın 51-ci ştatı, Trüdonu isə qubernator adlandırıb.
Xatirə SADİQ