Siyavuş Novruzovun qardaşı oğluna vəzifə verildi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinə rəis müavini təyin olunub.

Feb 21, 2025 - 12:07
Feb 21, 2025 - 12:25
Siyavuş Novruzovun qardaşı oğluna vəzifə verildi

SAVASHMEDİA.az qaynarinfo-ya istinadla xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrlə Nəcəf Novruzov Bakı Regional Mərkəzinə rəis müavini təyin edilib.

Qeyd edək ki, Nəcəf Novruzov bundan əvvəl Gənclər və İdman Nazirliyinin Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi vəzifəsində çalışıb. Bir neçə ay əvvəl vəzifəsindən azad olunub.

Xatıradaq ki, Nəcəf Novruzov Milli Məclisin deputatı Siyavuş Novruzovun qardaşı oğludur.

Fotoda Nəcəf Novruzov