Azərbaycanda hansı etnik azlığın sayı daha çoxdur? - İqbal Ağazadə rəsmi statistikanı paylaşdı

Ümid Partiyasının sədri, sabiq deputat İqbal Ağazadə sosial şəbəkə hesabında Azərbaycanda əhalinin etnik tərkibi ilə bağlı rəsmi statistikanı paylaşıb.

Jul 16, 2026 - 14:09
Jul 16, 2026 - 14:59
Azərbaycanda hansı etnik azlığın sayı daha çoxdur? - İqbal Ağazadə rəsmi statistikanı paylaşdı

SAVASHMEDIA.az xəbər verir ki, siyasətçi paylaşımında məlumatların Dövlət Statistika Komitəsinin 2019-cu ildə keçirilmiş son əhalinin siyahıyaalınmasının nəticələrinə əsaslandığını bildirib.

2019-cu ilin statistikasına əsasən, Azərbaycan əhalisinin:

8 milyon 172,8 min nəfərini azərbaycanlılar (türklər) – 91,6 faiz;

180,3 min nəfərini ləzgilər – 2,0 faiz;

120,3 min nəfərini ermənilər – 1,3 faiz; - (artıq yoxdurlar)

119,3 min nəfərini ruslar – 1,3 faiz;

112 min nəfərini talışlar – 1,3 faiz;

49,8 min nəfərini avarlar – 0,6 faiz;

38 min nəfərini axısxa türkləri – 0,4 faiz;

25,9 min nəfərini tatarlar – 0,3 faiz;

25,2 min nəfərini tatlar – 0,3 faiz;

21,5 min nəfərini ukraynalılar – 0,3 faiz;

12,3 min nəfərini saxurlar – 0,1 faiz;

9,9 min nəfərini gürcülər – 0,1 faiz;

9,1 min nəfərini yəhudilər – 0,1 faiz;

6,1 min nəfərini kürdlər – 0,1 faiz;

4,4 min nəfərini qrızlar;

3,8 min nəfərini udinlər;

2,2 min nəfərini xınalıqlılar;

9,5 min nəfərini isə digər etnik qruplar (buduqlar, rutullar, ingiloylar, dağ yəhudiləri, aşşurlar, qaraçılar və s.) təşkil edir.

O əlavə edib ki, siyahıyaalma zamanı hər bir şəxs öz milli mənsubiyyətini özü müəyyən edib, uşaqların milliyyəti isə valideynlərinin verdiyi məlumata əsasən qeydə alınıb.

Oğuz