İngiltərə qapıçısının su qabı argentinalıların əlinə keçdi - Üstündəki qeydlər Messini güldürdü + FOTO
Dünya Çempionatının yarımfinalında İngiltərə üzərində 2:1 hesablı qələbə qazanan Argentina millisinin futbolçuları matçdan sonra maraqlı tapıntı ələ keçiriblər.
SAVASHMEDİA.az xəbər verir ki, argentinalı futbolçular İngiltərə yığmasının qapıçısı Cordan Pikfordun meydanda qalan su qabını götürüblər.
Qabın üzərində Argentinanın mümkün penalti vuran futbolçuları ilə bağlı qeydlər və Pikfordun hər zərbəyə qarşı necə davranmalı olduğuna dair təlimatlar yer alıb.
Lionel Messi və komanda yoldaşları həmin qeydlərlə tanış olduqdan sonra gülümsəyərək su qabını bir-birinə göstəriblər.
Qeyd edək ki, İngiltərə penaltilərə hazırlaşsa da, buna ehtiyac qalmayıb. Argentina oyunun son dəqiqələrində vurduğu iki qolla qələbə qazanaraq finala yüksəlib.
Aytən