"Tarakan inqilabı" hökuməti silkələdi, nazir istefa verdi - Bir söz Hindistanı ayağa qaldırdı

Hindistanda "Tarakan inqilabı" adlandırılan etiraz hərəkatı ölkənin müxtəlif şəhərlərində hökuməti ciddi təzyiq altında qoyub.

Jul 31, 2026 - 23:47
"Tarakan inqilabı" hökuməti silkələdi, nazir istefa verdi - Bir söz Hindistanı ayağa qaldırdı

SAVASHMEDİA.az xəbər verir ki, hərəkatın yaranmasına səbəb Hindistan Ali Məhkəməsinin Baş hakimi Surya Kantın işsiz və hökuməti tənqid edən gəncləri "tarakan" adlandırması olub. 

Bundan sonra siyasi kommunikasiya mütəxəssisi Abhijit Dipke sosial şəbəkədə "Bəs bütün tarakanlar birləşsə necə olar?" paylaşımını edib. Qısa müddət sonra "Cockroach Janta Party" ("Tarakan Xalq Partiyası") adlı satirik hərəkat yaradılıb və minlərlə gənc bu təşəbbüsə qoşulub.

İlk vaxtlar sosial şəbəkələrdə başlayan kampaniya daha sonra küçə etirazlarına çevrilib. Etirazçılar ali məktəblərə qəbul imtahanlarında baş verən saxtakarlıqlara, korrupsiyaya və gənclər arasında artan işsizliyə etiraz edərək təhsil sistemində islahatlar tələb ediblər.

Artan ictimai təzyiq fonunda Hindistanın təhsil naziri Dharmendra Pradhan iyulun 25-də istefa verib. Hökumət isə imtahan sistemi ilə bağlı araşdırmalara başlanıldığını və islahatların həyata keçiriləcəyini açıqlayıb.

Siyasi müşahidəçilərin fikrincə, "Tarakan inqilabı" son illərdə Baş nazir Narendra Modi hökumətinin üzləşdiyi ən böyük gənclər etirazlarından biridir.

Aytən