Mərakeş İspaniya ilə sərhəd gərginliyini qəsdən yaradır? - Kral təlimatı İsraildən alıb?

Mərakeşlə İspaniya arasında yaşanan son sərhəd gərginliyi fonunda Rabatın bu vəziyyəti qəsdən yaratdığı ilə bağlı iddialar yayılıb.

Jul 31, 2026 - 22:34
Mərakeş İspaniya ilə sərhəd gərginliyini qəsdən yaradır? - Kral təlimatı İsraildən alıb?

SAVASHMEDİA.az xəbər verir ki, həmin iddialara görə, İsraillə yaxın əlaqələri olan Mərakeş bu addımla İspaniya hökumətinə siyasi təzyiq göstərmək və onu çətin vəziyyətə salmaq istəyir.

İddialara görə, İspaniyanın Baş naziri Pedro Sançezin Fələstin məsələsində İsrailə qarşı sərt mövqeyi və Fələstin dövlətinin tanınmasını dəstəkləməsi sonda belə bir mənzərənin yaranmasına səbəb olub.

Qeyd edək ki, Mərakeş Kralı VI Məhəmməd 1999-cu ildən ölkəyə rəhbərlik edir. Onun hakimiyyəti dövründə ölkənin xarici siyasətində mühüm dəyişikliklər baş verib. 2020-ci ildə Rabat İsraillə diplomatik münasibətləri bərpa edib və iki ölkə arasında təhlükəsizlik, iqtisadiyyat və digər sahələrdə əməkdaşlıq genişlənib.

Bununla yanaşı, Mərakeşin İranla münasibətləri uzun müddətdir gərgin olaraq qalır. Rabat 2018-ci ildə Tehranla diplomatik əlaqələri kəsib və İranı regionda fəaliyyət göstərən silahlı qruplara dəstək verməkdə ittiham edib. 

Xatırladaq ki, Mərakeş və İspaniya arasında miqrasiya, sərhəd təhlükəsizliyi və diplomatik məsələlərlə bağlı gərginliklər əvvəllər də yaşanıb. 

Səlcuq