Tramp Avropaya hesab kəsdi - pul istəyir
ABŞ Prezidenti Donald Tramp Ukraynaya göstərilən hərbi yardımla bağlı Avropa ölkələrindən ödəniş tələb edəcəyini açıqlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, Tramp ABŞ-nin əvvəlki administrasiyasının Ukraynaya və NATO-ya yüz milyardlarla dollar dəyərində hərbi yardım göstərdiyini, lakin bunun qarşılığında ödəniş alınmadığını bildirib.
Tramp bundan sonra ABŞ-nin Ukraynaya verdiyi hərbi yardımın xərclərinin Avropa ölkələri tərəfindən qarşılanmasını istəyir. O, həmçinin İran müharibəsi fonunda ABŞ-nin sursat ehtiyatlarının artan təzyiq altında olduğunu qeyd edib.
Bu açıqlama Vaşinqtonun Ukrayna siyasətində maliyyə yükünün Avropanın üzərinə keçirilməsi istiqamətində daha sərt mövqeyə keçdiyini göstərir.
Səlcuq