Zelenskinin qələbə planındakı iki bənd Trampı maraqlandırıb – Britaniya nəşri
Donald Tramp 2024-cü ilin sentyabrında Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşündə onun Qələbə Planının iki bəndi ilə maraqlanıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” (FT) nəşri yazıb.
Bəndlərdən biri müharibədən sonra Avropada yerləşdirilən Amerika qoşunlarının bir hissəsinin Ukrayna qoşunları ilə əvəzlənməsini əhatə edir.
Digər bəndsə isə Ukraynanın təbii ehtiyatlarının Qərb tərəfdaşları ilə paylaşılması təklif olunub.
Ukraynadakı biznes liderləri də hökumətlə Trampa ölkədə kimin bizneslə məşğul ola biləcəyini seçməyə imkan verən səlahiyyətlərin təklif edilməsi barədə danışıqlar aparır.
Xatirə SADİQ