İran XİN təkzib etdi - "Xamenei sağdır"

“İranın Ali Rəhbəri Seyid Əli Xamenei sağdır”.

Mar 1, 2026 - 01:49
İran XİN təkzib etdi - "Xamenei sağdır"

SAVASHMEDİA.az xəbər verir ki, bunu “Sky News”a verdiyi açıqlamada İranın xarici işlər naziri İsmayıl Bəqai deyib.

“İran Prezidenti Məsud Pezeşkian da sağdır. Hamısı sağ-salamatdır”, – İ.Bəqai bildirib.

Xatırladaq ki, İsrailin Baş naziri Benyamin Netanyahu Xameneinin öldüyünü elan edib. Daha sonra “Reuters” agentliyi adı açıqlanmayan İsrail rəsmisinə istinadən İranın Ali Rəhbərinin cəsədinin tapıldığını bildirib. İsrailin “9-cu Kanal”ı isə Xameneinin cəsədinin videosunun B. Netanyahuya göstərildiyini yazıb.

Banu