Tramp da "ölüb" DEDİ

ABŞ Prezidenti Donald Tramp İranın ali dini lideri ayətullah Əli Xameneinin ölümü ilə bağlı yayılan məlumatları həqiqətə uyğun hesab etdiyini bildirib.

Mar 1, 2026 - 01:17
Tramp da "ölüb" DEDİ

SAVASHMEDİA.az xəbər verir ki, o, bu barədə NBC News telekanalına müsahibəsində danışıb.

“Biz hesab edirik ki, bu, etibarlı hekayədir”, - deyə Ağ Ev rəhbəri məsələni şərh edərkən vurğulayıb.

Bununla yanaşı, Tramp Xameneinin ehtimal olunan ölümündən sonra İrana kimin rəhbərlik edə biləcəyini bilmədiyini qeyd edib.

“Amma gec-tez onlar mənə müraciət edib soruşacaqlar ki, kim mənim xoşuma gəlir”, - ABŞ lideri bildirib və bu sözləri qismən istehza ilə söylədiyini əlavə edib.

Qeyd edək ki, rəsmi Tehran tərəfindən ayətullahın ölümü ilə bağlı hələlik açıqlama verilməyib. (teleqraf)