Bu tarixlər ABŞ-də Qələbə Günü elan edildi
ABŞ prezidenti Donald Tramp Birinci və İkinci Dünya müharibələrində Qələbə Gününün tarixlərini müəyyənləşdirib.
SAVASHMEDİA.az xəbər verir ki, o, bu barədə “TruthSocial”da elan edib.
“Müttəfiqlərimizin və dostlarımızın çoxu 8 Mayı Qələbə Günü kimi qeyd edirlər. Lakin biz İkinci Dünya Müharibəsinin qalibiyyətli nəticəsini əldə etmək üçün hər hansı digər ölkədən daha çox şey etmişik. Bununla mən 8 Mayın II Dünya müharibəsində Qələbə Günü və 11 Noyabrın I Dünya müharibəsində Qələbə Günü kimi adını dəyişdirirəm”, - deyə Tramp vurğulayıb.
O, diqqətə çatdırıb ki, hər iki müharibədə ABŞ qalib gəldiyinə, heç kimin güc, cəsarət və ya hərbi parlaqlıq baxımından amerikalılara yaxın olmamasına baxmayaraq, onlar heç vaxt heç nəyi qeyd etmirlər.
“Çünki bunu necə edəcəyini bilən liderlərimiz artıq yoxdur! Qələbələrimizi yenidən qeyd etməyə başlayacağıq!”, - deyə Tramp əlavə edib.
Xatirə SADİQ