Avropa Rusiyaya qarşı sanksiyaları ABŞ ilə əlaqələndirəcək - Jan-Noel Barro
Avropa Ukrayna münaqişəsinin həlli üzrə danışıqların iflası təqdirində Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barro “France-Presse” agentliyinə bildirib.
Onun sözlərinə görə, bu tədbirlər ABŞ senator Linsi Qremin təklif etdiyi təkrar sanksiyalara dair qanun layihəsi ilə əlaqələndirilə bilər.
“Biz, avropalılar, Amerikanın bu təşəbbüsünü 17-ci sanksiyalar paketi ilə müşayiət etməyə hazırlaşırıq və dünən mən Lindsi Qrem qarşısında öhdəlik götürdüm ki, bu iki paketi əlaqələndirməyə çalışacağıq”, - deyə fransız nazir əlavə edib.
Dünən respublikaçı senator Lindsi Qrem bildirib ki, Rusiya Federasiyasına qarşı ikinci dəfə sanksiyalara dair qanun layihəsi hazırlayıb. Sənədə əsasən, Rusiyadan neft, neft məhsulları, təbii qaz və ya uran alan ölkələrdən idxala 500 faizlik rüsumun tətbiqi təklif edilir.
O, diqqətə çatdırıb ki, Rusiyanın sülhdən imtina edəcəyi təqdirdə, 72 senator bu layihəni dəstəkləməyə hazırdır.
Xatirə SADİQ