Dörd dövlətin nümayəndələri Parisdə bir araya gəldi

Parisdə bu gün Ukrayna nümayəndə heyəti ilə Fransa, Almaniya və Böyük Britaniya nümayəndələri arasında görüş başlayıb.

Apr 17, 2025 - 16:07
Dörd dövlətin nümayəndələri Parisdə bir araya gəldi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sybiqa “X” platformasında yazıb. 

Nazir bildirib ki, görüş Yelisey çöllərində baş tutub. 

“Biz ədalətli və davamlı sülhə aparan yolları, o cümlədən tam atəşkəs, çoxmillətli kontingent və Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə etdik”, - deyə Sibiqa vurğulayıb. 

Qeyd edək ki, görüşdə Ukrayna tərəfini Prezident Aparatının rəhbəri Andrey Yermak, müdafiə naziri Rustem Umerov   və xarici işlər naziri Andrey Sibiqa təmsil edir. 

Bu heyətin Parisdə amerikalı həmkarları – ABŞ dövlət katibi Mark Rubio və ABŞ prezidentinin elçisi Stiv Uitkoffla da görüşü planlaşdırılıb.

Xatirə SADİQ