Polşadakı prezident seçkilərinin I turunun yekunu - Tşaskovski öndədir
Polşanın Milli Seçki Komissiyası prezident seçkilərinin birinci turunun yekun nəticələrini bu gün açıqlayıb.
SAVASHMEDİA.az bu barədə “Polsat News” portalına istinadən xəbər verir.
Seçki məntəqələrinin 100%-nin səslərinin hesablanmasından sonra verilən məlumatlara görə, hakim partiyadan olan Varşava meri Rafal Tşaskovski 31,36%, müxalif “PiS” partiyasının dəstəklədiyi Polşanın Milli Anım İnstitutunun direktoru Karol Navroçki isə 29,54% səs toplayıb.
Hər iki namizəd iyunun 1-də keçiriləcək prezident seçkilərinin ikinci turunda yarışacaqlar.
Bazar günü keçirilən seçkilərdə fəallıq 67,31% təşkil edib, bu isə 2020-ci il seçkilərinin ilk turundan yüksək olub. O zaman fəallıq 64,51% olub.
Xatirə SADİQ