Paşinyanın arvadı saç ustasının ərinə vəzifə verdirdi
Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan saç ustası olan təfiqəsinin ərinə vəzifə verilməsinə nail olub.
SAVASHMEDİA.az xəbər verir ki, həmin şəxs "Yerevan-Kentron" Penitensiar Müəssisəsinin rəisi vəzifəsinə təyin edilən Robert Tamaryandır.
Qeyd edək ki, ədliyyə polkovnik-leytenantı olan Robert Tamaryan buna qədər "Məhkumlar üçün Xəstəxana" cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsində çalışırdı.
Maraqlı məqam odur ki, Paşinyanın qatı düşmənləri hesdab edilən arxiyepiskoplar - Baqrat Qalstanyan və Mikael Ajapaxyan, eləcə də Taşir Şirkətlər Qrupunun rəhbəri Samvel Karapetyan "Yerevan-Kentron" həbsxanasında cəza çəkirlər.
Səlcuq