Putin parada çatmayan Fitsonu zarafatla qarşıladı - “Təyyarə atdan yaxşıdır...” + VİDEO 

Rusiya Prezidenti Vladimir Putin Qələbə paradında iştirak etmək üçün Moskvaya yola düşən, lakin gecikmə səbəbindən tədbirdə iştirak edə bilməyən Slovakiya Baş naziri Robert Fitso ilə zarafatlaşıb.

May 10, 2026 - 01:05
May 10, 2026 - 01:13
Putin parada çatmayan Fitsonu zarafatla qarşıladı - “Təyyarə atdan yaxşıdır...” + VİDEO 

SAVASHMEDİA.az xəbər verir ki, Fitsonu Kremlin Yaşıl Qonaq Otağında Rusiya Prezidenti Vladimir Putin qarşılayıb.

Ayaqüstü başlayan təkbətək söhbət zamanı Fitso uzun keçən səfərindən bəhs edib. O bildirib ki, digər ölkələrdəki səyahət məhdudiyyətləri səbəbindən Çexiya, Almaniya, İsveç və Finlandiyadan keçməli olub. 

Bu zaman Putin onun təyyarədə uzun vaxt keçirdiyini deyib. Fitso gülərək “bu, maşın sürməkdən yaxşıdır” cavabını verib. Putin isə zarafata zarafatla qarşılıq verərək “hətta at sürməkdən də yaxşıdır” deyib. Səmimi ünsiyyətdən sonra tərəflər nümayəndə heyətlərinin iştirakı ilə danışıqları davam etdiriblər.

Xatırladaq ki, Rusiya ötən gün Qələbə paradı keçirib. Hər il keçirilən ənənəvi paraddan fərqli olaraq bu dəfə tədbirdə hərbi texnikalar sərgilənməyib, paradın müddəti də qısa olub. Mərasimdə Putinlə yanaşı bir neçə xarici ölkə lideri- Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Belarus Prezidenti Aleksandr Lukaşenko iştirak edib.

Banu

Посмотреть эту публикацию в Instagram

Публикация от Zulfuqar Savaş (@savashmedia.az)