"Zelenski zəng etsə, cavab verəcəm" - Tramp
ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskini tənqid etməsinə baxmayaraq, onunla gələcək təmaslara açıq olduğunu bildirib.
Bu barədə Amerika lideri "Fox News" radiosuna müsahibəsində danışıb.
Ağ Ev rəhbəri Zelenski ilə telefon danışığının mümkünlüyündən danışarkən, onun zənginə cavab verəyini deyib.
Tramp həmçinin qeyd edib ki, o, oyun oynamır.
Amerika prezidenti bildirib ki, Ukrayna böhranının sülh yolu ilə həlli ilə bağlı görüşlərdə Zelenskinin iştirakı “o qədər də vacib deyil”. (teleqraf)