"O, ağlını itirib, nüvə kodlarını əlindən alın" - ABŞ-də Tramp əleyhinə hərəkətlənmə
ABŞ Prezidenti Donald Trampın “İran sivilizasiyası bu gecə məhv ediləcək” açıqlaması dünyanın gündəminə çevrilib.
SAVASHMEDİA.az xəbər verir ki, məsələ həm də ABŞ daxilində ciddi çaxnaşmaya və Tramp əleyhinə hərəkatın genişlənməsinə səbəb olub.
Artıq ABŞ-də həm Demokratlar, həm Respublikaçılar daxilində Donald Trampa qarşı impiçment, hətta hərbi çevrilişə çağırış edənlər var. Bu saata qədər Konqressin 24 üzvü impiçment üçün çağırış edib.
Minnesota ştatının rəhbəri Tim Ualtz isə Donald Tramp haqqında "Prezident ağlını itirib" cümləsini yazıb.
Respublikaçı jurnalist və Donald Trampın 2024 seçkilərindəki ən böyük təbliğatçılarından olan Taker Karlson orduya çağırış edib ki, Prezidentin əmrlərinə tabe olmasınlar.
Taker karlson daha sonra deyib: "Son pilot əməliyyatında çox ciddi itkilərimiz var. Çox şeyi Amerika xalqından gizlədirlər. Ona görə də Pentaqonu nüvə kodlarını Trampın əlindən almağa çağırıram".
Xüsusilə, JD Vensin günorta dediyi "İran rejimi axşama qədər bizimlə razılığa gəlməsə, Prezidentin daha əvvəl işlətmədiyi vasitələr var ki, onları işlədə bilər" sözlərindən sonra ABŞ cəmiyyətində hansısa formada nüvə silahının istifadə oluna biləcəyi barədə qorxu yaranıb.
Ağ Evin İrana qarşı nüvə silahından istifadə edilməyəcəyini bəyan etməsi belə beynəlxalq narazılığı azaltmayıb.
Trampın İrana verdiyi vaxtın başa çatmasına 6 saat qalıb.
Oğuz