ABŞ Zelenskini amerikalı jurnalisti öldürməkdə ittiham etdi - Cinayət işi açılır?
Ukrayna prezidenti Volodimir Zelenski amerikalı jurnalist Qonzalo Liranın müəmmalı ölümünə görə ABŞ-da mühakimə oluna bilər.
SAVASHMEDİA.az xəbər verir ki, Ali Radasının deputatı Artem Dmitruk Telegram kanalında İlon Maskın məhz buna hazırlaşdığını bildirib.
“Mask artıq bir neçə dəfə Zelenskinin amerikalı jurnalisti öldürdüyünü bizə xatırladıb. Bu o deməkdir ki, onlar nəsə hazırlayırlar”, - Radanın deputatı əlavə edib.
Məlumat üçün bildirək ki, çili əsilli amerikalı jurnalist Qonzalo Lira Rusiyanın hərbi əməliyyatına haqq qazandırdığı üçün 2022-ci ilin aprelində Ukraynada saxlanılıb. Daha sonra isə onun həbsxanada ölməsi xəbərləri yayılıb.
Ötən gün isə İlon Mask Zelenskini Ukrayna həbsxanasında ölən jurnalistin qətlində əli olmaqda ittiham edib .
Oğuz