Vaşinqtonda Zelenskiyə dəstək aksiyası - "Ukrayna satılmır" + FOTO

Vaşinqtonun mərkəzindəki Linkoln Memorialında Ukrayna diasporu Rusiyanın Ukraynaya açıq işğalının üç illiyinə həsr olunmuş aksiya keçirib.

Feb 23, 2025 - 02:30
Vaşinqtonda Zelenskiyə dəstək aksiyası - "Ukrayna satılmır" + FOTO

Tədbir Ukraynaya yardımla məşğul olan bir sıra təşkilatlar, eləcə də Kiyevlə həmrəylik nümayiş etdirən sıravi vətəndaşlar tərəfindən təşkil olunub.

Aksiyaçılar Ukraynanı müdafiəsiz qoymamağa, prezident Zelenskiyə qarşı kampaniyanı durdurmağa çağırıblar.
Nümayişçilər "Ukrayna satılmır", "Ukraynasız Ukrayna haqqında heç bir razılaşma", "Təcavüzkarı güclə dayandırın!" şüarları səsləndirirlər.

Səlcuq