Bu 2 ölkəyə təcavüz Türkiyəyə də hücum sayılacaq - ƏRDOĞAN TƏSDİQLƏDİ

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında müdafiə sahəsində əməkdaşlıq gücləndirilir.

Nov 27, 2026 - 18:43
Bu 2 ölkəyə təcavüz Türkiyəyə də hücum sayılacaq - ƏRDOĞAN TƏSDİQLƏDİ

SAVASHMEDİA.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı və Pakistanla imzalanmış birgə müdafiə sazişinin ratifikasiyasını təsdiqləyib.

Sazişə əsasən, tərəflərdən birinə qarşı silahlı hücum bütün iştirakçılara qarşı yönəlmiş həmlə kimi qiymətləndiriləcək.

Bu isə üç ölkə arasında hərbi əməkdaşlığın yeni mərhələyə keçməsi baxımından əhəmiyyətli addım hesab olunur.

Razılaşmanın regionda təhlükəsizlik balansına necə təsir edəcəyi isə diqqətlə izlənilir.

Oğuz