Trampdan Putinə mesaj var - "Ona Pekində də dedim ki..."
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putini Ukraynaya qarşı müharibənin coğrafiyasını genişləndirə biləcək hərbi addımlardan çəkinməyə çağırıb.
SAVASHMEDİA.az xəbər verir ki, Tramp bu barədə NATO-nun baş katibi Mark Rütte ilə görüşündən sonra sosial şəbəkədəki paylaşımında yazıb.
ABŞ lideri bildirib ki, ötən həftə Çində Putinlə keçirdiyi görüş zamanı da bu məsələni müzakirə edib.
“Rusiya Prezidenti Vladimir Putinin Avropanın bütün ərazilərinə qarşı hərbi təcavüz xarakterli addımları dayandırmasını istədiyimi onunla söhbətlərim zamanı ətraflı müzakirə etdim”, - Tramp qeyd edib.
O, həmçinin Rusiya ilə Ukrayna arasında razılaşmanın əldə olunmasının mümkünlüyünə inandığını vurğulayıb. Trampın sözlərinə görə, hər ay minlərlə insan həyatını itirir və müharibə böyük insan tələfatına səbəb olur.
Qeyd edək ki, Tramp noyabrın 25-də Floridada NATO-nun baş katibi Mark Rütte ilə görüşüb. Görüşdən sonra yayılan birgə bəyanatda tərəflər Rusiyanın Ukraynadakı müharibəni qəsdən və ya bilmədən genişləndirə biləcək addımlardan çəkinməsinin vacibliyini vurğulayıblar.
Oğuz