Mixail Saakaşvili gürcü qadınlarına heyranlığını bildirdi
Gürcüstanın həbsxanada olan eks-prezidenti Mixail Saakaşvili dünən Mərkəzi Seçki Komissiyasının önündə qadınların mitinq keçirməsinə münasibətini bildirib.
SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, Saakaşvili bu barədə social şəbəkədə yazıb.
"Dünən seçki komissiyasının önündə fədakarlıq nümayiş etdirən qəhrəman qadınlara dərin minnətdarlığımı və tam həmrəyliyimi bildirirəm. Onların məntiqi, arqumentləri və baxışları məni çox heyran etdi”, - deyə Saakaşvili vurğulayıb.
Qeyd edək ki, gürcü qadınları “Səsimizi qaytarın!” tələbi ilə Gürcüstan Mərkəzi Seçki Komissiyasının önündə mitinq keçiriblər.
Xatirə SADİQ