“Rusiya görüşün baş tutmaması üçün hər şey edir” - Zelenski

“Rusiya təhlükəsizlik təminatlarından danışanda mən onları kimin təhdid etdiyini anlamıram. Axı onlar bizə hücum ediblər”.

Aug 22, 2025 - 17:11
“Rusiya görüşün baş tutmaması üçün hər şey edir” - Zelenski

SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski NATO-nun baş katibi Mark Rutte ilə birgə mətbuat konfransında deyib.

Zelenski diqqətə çatdırıb ki, Rusiya indi onun Putinlə görüşünün baş tutmaması üçün hər şeyi edir. 

“Mən heç cür başa düşə bilmirəm ki, təcavüzkara hansı təminatlar lazımdır. Nəyə təminat? Və mən bunu başa düşmürəm. Düşünürəm ki, tərəfdaşlar müharibənin bir daha təkrarlanmamasını istəyirlər. Bunun yeganə maneəsi Rusiyadır”.

Rutte isə bildirib ki, Qərb Budapeşt Memorandumunun və ya Minsk razılaşmalarının təkrar olunmasını istəmir. 

“Biz həqiqətən bu təminatların səmərəli olmasını istəyirik”, - deyə NATO-nun baş katibi vurğulayıb.

Konkret ölkənin təhlükəsizlik təminatında hansı yardımı göstərə biləcəyini izah edərkən Ukrayna prezidenti Türkiyəni nümunə göstərib. 

bildirib ki, Türkiyə dəniz təhlükəsizliyinə cavabdeh olaraq Ukraynanın təhlükəsizlik təminatlarının bir hissəsi olmaq istəyir.
 
“Məhz bu cür nəticəyə gəlməliyik. Belə ki, tamamilə aydın arxitektura olsun ki, hansı ölkələr yerdə kömək edir, hansıları səmamızın təhlükəsizliyi üçün çalışır, hansılar dənizdə təhlükəsizliyi təmin edir, Ukraynaya kömək edir. Bax, Türkiyə kimi. “Qətiyyətlilərin koalisiyası”ının sonuncu toplantısında Türkiyə bildirdi: Biz Ukraynanın dənizdəki təhlükəsizlik təminatlarının bir hissəsi olmaq istəyirik”.

Xatirə SADİQ