"Putin mənim tükənməyimi gözləyir, onunla üzbəüz oturmağa hazıram" - Zelenski

Ukrayna prezidenti Vladimir Zelenski jurnalist Piers Morqana müsahibəsində itirilən ərazilərin geri qaytarılmasının mümkün olmadığını etiraf edib.

Feb 5, 2025 - 01:01
"Putin mənim tükənməyimi gözləyir, onunla üzbəüz oturmağa hazıram" - Zelenski

SAVASHMEDİA.az-ın məlumatına görə, o, real düşündüklərini bildirib.

"Bu gün biz bütün ərazimizi geri qaytara bilmərik. Biz real düşünürük, baş tutmayacaq nəticə naminə milyonlarla insanı itirə bilmərik", - Ukrayna prezidenti bildirib.

Zelenski həmçinin Vladimir Putinlə birbaşa danışıqlara hazır olduğunu bəyan edib:

“Sülhün əldə olunması üçün yeganə variant budursa, mən Putinlə danışıqlar masası arxasında oturmağa hazıram. Putin mənim tükənməyimi gözləməyəcək, amma biz öz həyatımız və varlığımız üğrunda mübarizə aparırıq, başqa çarəmiz yoxdur. Legitimliyimə gəlincə, mən əhalimizin 73%-i tərəfindən seçilmişəm və seçkilərə həmişə açıq olduğumu demişəm”.

Oğuz