"İsrail prezidentinin Bakıya getməsini biz əngəllədik, başqa yolla getsin" - Ərdoğan
Rəcəb Tayyib Ərdoğan İsrail Prezidenti İsaak Hersoqun Bakıda keçirilən iqlim sammitində iştirak etmək üçün Türkiyənin hava məkanından istifadəsinə icazə vermədiklərini etiraf edib.
SAVASHMEDİa.az-ın xəbərinə görə Türkiyə Prezidenti bu barədə Braziliyada keçirilən G-20 sammiti çərçivəsində baş tutan mətbuat konfransında danışıb.
"Bəli, biz icazə vermədik. Bakıya başqa yollarla gedə bilərlər. Amma biz onun Türkiyədən keçməsinə icazə vermədik. Artıq bəzi şeylərdə öz münasibətimizi ortaya qoymağa məcburuq və bunu edəcəyik", - Ərdoğan deyib.
Oğuz