Azərbaycanlı çoban Ermənistana keçdi
Azərbaycanlı çoban dövlət sərhədini keçərək Ermənistan ərazisinə daxil olub.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Məlumata görə, azərbaycanlı çoban Ermənistanın Berd rayonu ərazisində saxlanılıb.
Sakinlərin sözlərinə əsasən, Azərbaycan vətəndaşı sərhəd xəttini Tavuş vilayətinin Çinari kəndi yaxınlığında adlayıb.
Fakt hələlik rəsmi şəkildə təsdiqlənməyib.
Səlcuq