Azərbaycanlı məmur Türkiyədə öldü - İstirahətdə olarkən... + FOTO

Tanınmış bəstəkar, Abşeron Rayon İcra Hakimiyyətinin Arxiv İdarəsinin rəisi Ruslan Əhmədoğlu vəfat edib.

Jul 6, 2025 - 11:10
Azərbaycanlı məmur Türkiyədə öldü - İstirahətdə olarkən... + FOTO

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıblar. 

Bildirilib ki, Ruslan Əhmədoğlu Türkiyədə istirahətdə olarkən qəfil səhhəti pisləşib. Xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, R.Əhmədoğlu mərhum prokuror Əhməd Həsənovun oğludur. O, bir çox mahnının bəstəkarıdır.

Fotoda: Ruslan Əhmədoğlu