İlham Əliyevə “Axaltəkə” atı hədiyyə edildi - VİDEO

Prezidentlər “Axaltəkə” atlarına və milli “Galkynysh” atlı qrupunun çıxışına baxıblar.

Aug 22, 2025 - 17:22
Aug 22, 2025 - 17:23
İlham Əliyevə “Axaltəkə” atı hədiyyə edildi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkmənbaşı şəhərində “Axaltəkə” atlarına və milli “Galkynysh” atlı qrupunun çıxışına baxıblar.

SAVASHMEDİA.az xəbər verir ki, sonda Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və türkmən xalqının adından dövlət başçısı İlham Əliyevə “Taus” ləqəbli “Axaltəkə” atını hədiyyə edib.