"Başa düşürsünüz? Ağılsız səslənsə də, Putin bunu istəyir" - Tramp

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Rusiya lideri Vladimir Putin Ukrayna ilə bağlı saziş bağlamaq istəyir.

Aug 19, 2025 - 01:02
"Başa düşürsünüz? Ağılsız səslənsə də, Putin bunu istəyir" - Tramp

SAVASHMEDİA.az xəbər verir ki, Amerika lideri bunu Ağ Evdə Avropa liderləri ilə görüş ərəfəsində Fransa prezidenti Emmanuel Makrona deyib.

"Düşünürəm ki, o (Putin-red) müqavilə bağlamaq istəyir. Başa düşürsünüz? Nə qədər ağılsız səslənsə də", - Tramp Fransız həmkarına deyib.

Qeyd edək ki, bu dəqiqələrdə Ağ Evdə Tramp və Zelenskinin Avropa liderləri ilə görüşünün mətbuata qapalı hissəsi keçirilir.