Pezeşkian Ermənistana döşündə nə aparmışdı? - O nişanı aramıza kim saldı?
Ötən gün Ermənistanda səfərdə olan İran prezidenti Məsud Pezeşkianın səfər çərçivəsində memorandumlar imzalayıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu sıraya film mübadiləsindən metrologiya sahəsinədək 10 sənəd daxildir.
İran Prezidentinin Ermənistan Baş naziri Pezeşkianla görüşü zamanı ölkələr arasında ticarət dövriyyəsinin 3 milyard dollara qədər artırılması da müzakirə edilib. Eyni zamanda N.Paşinyan İran tərəfini əmin edib ki, Amerika hərbçiləri sərhəddə görünməyəcək.
Amma Pezeşkianın Ermənistana səfəri zamanı taxdığı döş nişanı imzalanan sənədlərdən daha çox müzakirələrə səbəb olub.
Belə ki, İrəvana səfəri zamanı əslən Azərbaycan türkü olan Məsud Pezeşkian yaxasına İran və Ermənistan bayraqlarının əks olunduğu döş nişanı taxıb.
Xatırladaq ki, Pezeşkian bundan öncə Azərbaycanda səfərdə olub və bu zaman onun yaxasında yalnız İran bayrağının əks olunduğu nişan olub.
Səlcuq
Həmin fotoları təqdim edirik: