"Putinlə Zelenski mənsiz görüşəcəklər, özləri yaxşı anlaşırlar" - Tramp
ABŞ Prezidenti Donald Tramp gözlənilməz açıqlama ilə çıxış edib.
SAVASHMEDİA.az xəbər verir ki, o, Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında qarşılıqlı anlaşma mövzusuna toxunub.
D.Tramp bildirib: "Bütün problemlərə və çoxlu qan tökülməsinə baxmayaraq, Zelenski və Putin düşündüyümdən də yaxşı anlaşırlar, ona görə də əvvəlcə təkbətək danışacaqlar, sonra isə mənimlə görüşəcəklər".
Prezident əlavə edib: "Onların ən yaxşı dost olacaqlarını söyləməzdim, lakin onlarda hər şey yaxşı alınır. Görək sonra nə olacaq".