“Rusiya atəşkəsdən imtina etsə...” - Marko Rubio yumşaq hədəyə keçdi

“ABŞ atəşkəs məsələsi ilə bağlı Rusiya Federasiyasından müsbət cavab alacağına ümid edir”.

Mar 12, 2025 - 16:18
“Rusiya atəşkəsdən imtina etsə...” - Marko Rubio yumşaq hədəyə keçdi

SAVASHMEDİA.az “Sky News”a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio İrlandiyada çıxışı zamanı deyib. 

Dövlət katibi bildirib ki, ABŞ insanların ölməməsi, güllələrin atılmasının dayanması naminə Rusiyanı bütün hərbi əməliyyatları dayandırmağa çağırır. 

“Əgər Rusiya imtina ilə cavab verərsə, bu, bizə çox şey deyəcək”, - deyə Rubio vurğulayıb.

Rubio həmçinin bildirib ki, faydalı qazıntılar üzrə sazişi təhlükəsizliyin təminatı hesab etmir. Bununla belə, o, əlavə edib ki, Ukraynanın gələcək hücumlara qarşı kifayət qədər çəkindirici qüvvəyə ehtiyacı var.

Xatirə SADİQ