Netanyahu barmaqlarını göstərdi - "Görürsünüz, 6 deyil" + VİDEO

İsrailin Baş naziri Benyamin Netanyahunun yeni videosu yayılıb.

Mar 15, 2026 - 20:04
Mar 15, 2026 - 21:22
Netanyahu barmaqlarını göstərdi - "Görürsünüz, 6 deyil" + VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, Baş nazirin  "X" sosial şəbəkəsində paylaşılan videoda Netanyahu 6 barmağı olması və ölümü ilə bağlı yayılan xəbərlərə kinayə ilə reaksiya verib.

“Demək istəyirsiniz ki, yaxşıyam, ya ölmüşəm? Qəhvəni və xalqımı çox sevirəm.

- Barmaqlarınızı saya bilərik?

- Buyurun. Gördünüz? Bu, həyatdır".

Netanyahu davam edən hərbi əməliyyatlar barədə də qısa açıqlama verib:

“Çox məlumat verə bilməsəm də, deyə bilərəm ki, İrana güclü zərbələr vururuq. Əməliyyatlar Livanda da davam edir".

Oğuz

(qafqazinfo)