Ərdoğanın kürəkəni mane olur, imkan vermir ki... - ŞOK İDDİA
“Türkiyənin ABŞ-dən “F-16” qırıcıları almasına Rəcəb Tayyib Ərdoğanın kürəkəni Səlcuq Bayraqdar mane olur”.
SAVASHMEDİA.az xəbər verir ki, bu iddianı Cümhuriyyət Xalq Partiyasının (CHP) kölgə xarici işlər naziri Namık Tan səsləndirib.
“Əldə etdiyim məlumatlara görə, Türkiyə “F-16”lar üçün bu günə qədər 1,5 milyard dollar ödəyib. Hətta Donald Tramp və ABŞ Konqresi də əhəmiyyətli gəlir qaynağı olaraq gördüyü üçün həmin qırıcıları Türkiyəyə satmaqda maraqlıdır. Lakin bu satışı Səlcuq Bayraqdar istəmir. Çünki S.Bayraqdar KAAN qırıcısının istehsalına və inkişafına üstünlük verilməli olduğunu düşünür. O, “F-16” almaq əvəzinə, müdafiə sənayesində əməkdaşlığı dərinləşdirmək və Türkiyənin də KAAN üçün mühərrik təmin etməsini istəyir. Bayraqdarın “F-16”ların alınmasını istəməməsi ABŞ tərəfindən narazılıqla qarşılanıb” – N.Tan bildirib.
Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan mühərriklərin alınması üçün sanksiya məsələsinin həll edilməli olduğunu bildirib:
“ABŞ ilə CAATSA (Amerikanın Düşmənlərinə Qarşı Sanksiyalarla Mübarizə Aktı) problemi həll olunmalıdır. “F-35” və KAAN üçün lazım olan mühərrikin lisenziyası dayandırılıb. Onlar lisenziyanı bərpa etməlidirlər ki, biz mühərrikləri ala bilək. Lakin əksi təqdirdə ABŞ ilə olan məhdudiyyətlər bizi beynəlxalq sistem daxilində alternativ həll yolları axtarmağa məcbur edəcək".
Banu