Paşinyan neçə faiz səs toplayıb? – Seçkinin YEKUN NƏTİCƏSİ  

Ermənistanda keçirilən parlament seçkilərinin yekun nəticələri açıqlanıb.

Jun 14, 2026 - 19:39
Paşinyan neçə faiz səs toplayıb? – Seçkinin YEKUN NƏTİCƏSİ  

SAVASHMEDİA.az xəbər verir ki, Ermənistan Mərkəzi Seçki Komissiyasının elan etdiyi nəticələrə görə,  “Vətəndaş müqaviləsi” partiyası 49,7%, “Güclü Ermənistan” partiyası 23,2% və “Ermənistan” partiyası isə  9,9% səs toplayıb.

“Çiçəklənən Ermənistan” partiyası 3,9% səs qazanıb. O, 4 faizlik baryeri keçə bilmədiyi üçün parlamentə daxil olmaq şansını itirib.

Nəticələrə əsasən, Ermənistanın Baş naziri Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" partiyası hökuməti təkbaşına formalaşdıra biləcək.

Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçirilib.

Banu