Qüdrət Həsənquliyev partiya sədrliyindən gedir - "Yorulmuşam"
Bu günlərdə 60 illik yubileyini qeyd edən Ədalət, Hüquq və Demokratiya Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev azpolitiko-ya geniş müsahibə verib.

SAVASHMEDİA.az xəbər verir ki, ölkə gündəmi və keçdiyi yolla bağlı sualları cavablandıran Qüdrət Həsənquliyev artıq yorulduğunu etiraf edib.
"İnsanlar çox vaxt yaşın gətirdiyi problemlərdən danışmaq istəmirlər. Allah Əbülfəz Elçibəyə rəhmət eləsin. O, deyirdi ki, “insan yaşlandıqca müdrikləşir”, amma yaşlandıqca insanın səhhətində problemlər də yaranır, insan yorulur" - Partiya sədri bildirib.
O, daha sonra partiya sədrliyindən gedəcəyini və bir daha deputat olmayacağını da deyib:
"Demokratik ənənələrin tam oturuşmadığı ölkədə uzun illər siyasətlə məşğul olmaq məni hədsiz yorub. Partiyamızın adını dəyişdiyimiz axırıncı qurultayında bəyan etdim ki, növbəti qurultayda yeni sədr seçmək haqqında düşünün. Allah ömür və imkan versə, yəqin ki, parlamentdə də artıq mənin üçün axırıncı müddətdir. Çünki 65 yaş artıq pensiya yaşıdır".
Oğuz