Trampın müavini Parisə səfər edəcək
ABŞ-ın vitse-prezidenti Cey Di Vens gələn həftə Parisdə keçiriləcək süni intellekt sammitində iştirak edəcək.

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Amerikanın səsi” məlumat yayıb.
10-11 fevral tarixində Parisdəki Böyük Sarayda baş tutacaq tədbirdə texnologiya sektorunun aparıcı oyunçuları və 80 ölkədən nümayəndələr iştirak edəcəklər.
İştirakçılar arasında “OpenAI”-nin baş direktoru Sem Altman da olacaq. Onun şirkəti 2022-ci ildə “ChatGPT”ni işə saldıqdan sonra generativ modellərə diqqəti çəkdi.
“Google”un baş direktoru Sundar Pichai, “DeepMind” tədqiqat bölməsinə rəhbərlik edən Nobel mükafatı laureatı Demis Hassabis, “Anthropic”in baş direktoru Dario Amodey, Çin Dövlət Şurasının baş nazirinin müavini Dinq Syuesyan, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen və Almaniya kansleri Olaf Şoltun da gəlməsi gözlənilir.
“X” sosial şəbəkəsinin sahibi İlon Maskın dəvəti qəbul edib-etməyəcəyi hələlik bəlli deyil.
Sammitin həmtəşkilatçısı qismində Hindistanın Baş naziri Narendra Modi çıxış edir.
Xatirə SADİQ