Musiqiçilər hökumət tədbirlərini boykot etdilər – Gürcüstanda 

Yüzə qədər gürcü müsiqiçisi hakimiyyətin təşkil etdiyi tədbirlərdə iştirakdan imtina edib. 

Dec 6, 2024 - 12:59
Musiqiçilər hökumət tədbirlərini boykot etdilər – Gürcüstanda 

SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, bu barədə artistlərin yaydığı manifestdə deyilir.

“Biz musiqiçilər qeyri-legitim hakimiyyətə etirazımızı bildiririk, tətil elan edirik və hər hansı dövlət tədbirlərində iştirakdan imtina edirik. Biz onların etirazçılara qarşı qeyri-proporsional və həddindən artıq gücdən tətbiq etmələrini, talanları, qanunsuz həbslərini, hədə-qorxularını və hakim partiyanın iqtidarı saxlamaq üçün istifadə etdiyi bir çox digər cinayət üsullarını pisləyirik”, - deyə bəyanatda vurğulanıb.

Artıq manifestə qoşulanlar arasında Tamada, Nino Katamadze, “LOUDspeakers”, “Mechanical Rainbow”, “MOKUMOKU”, “Bedford Falls”, “Killages”, “4D Monster Lobsters” və digər məşhur ifaçılar var. Onların hamısı mitinqlərdə şəxsən iştirak edirlər.

Gürcüstan hakimiyyəti yüzlərlə mədəniyyət və incəsənət xadiminin, universitetlərin, teatrların və məktəblərin etiraz olaraq tətilə çıxmasını “liberal-faşist ideologiyasının” təzyiqi və təsiri kimi izah edir.

Xatirə SADİQ