ABŞ Suriyadakı bəzi bazalarını bağlayır – NYT 

ABŞ yüzlərlə hərbi qulluqçusunu Suriyanın şimal-şərq rayonlarından çıxarmağa başlayıb.

Apr 18, 2025 - 16:01
ABŞ Suriyadakı bəzi bazalarını bağlayır – NYT 

SAVASHMEDİA.az bu barədə “The New York Times” (NYT) qəzetinə istinadən xəbər verir. 

Məlumata görə, Pentaqon bölgədəki səkkiz kiçik əməliyyat bazasından üçünü bağlayır, qoşunların sayını 2000-dən 1400-ə endirir. 60 gün sonra amerikalı komandirlər əlavə ixtisarların lazım olub-olmamasının qiymətləndirəcəklər. Onlar Suriyada ən azı 500 hərbçinin qalmasını tövsiyə ediblər. 

“The New York Times”ın mənbələri qeyd ediblər ki, sayı azalsa da Suriyadakı amerikalı hərbçilər kürdlərin başçılıq etdiyi birləşmələrə terrorizmlə, xüsusilə də İŞİD yaraqlıları ilə mübarizədə dəstəyini davam etdirəcək.

Xatirə SADİQ